Conversation club ingilis və rus dilləri üzrə
18 noyabr, 2016 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

18 noyabr 2016-cı il tarixdə Gənclər Evinin fəal gəncləri və təhsil ocaqlarının gənclərinin iştirakı ilə conversation club keçiriləcəkdir. Burada iştirakçılar tərəfindən bədii əsərləri, eləcə də digər məlumatları elektron formada və yaxud kitabdan oxumağa üstünlük verilməsindən söhbət açılacaqdır.

Bundan əlavə gənclər tərəfindən dünya üzrə tanınmış və çoxlarına bəlli olmayan turizm potensialına malik bölgələr haqqında fikir mübadiləsinin aparılması da planlaşdırılır.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.