Balakən Gənclər Evi - Gənclərin Təlim və İstirahət mərkəzinin strukturu

02 sentyabr 2011-ci il tarixdə Balakən rayonunda inşasına başlanılan “Gənclər evi”nin açılış mərasimi 2008-ci ildə keçirilmişdir. Balakən rayon “Gənclər evi” Nazirlər Kabinetinin müvafiq Sərəncamı və Gənclər və İdman Nazirliyinin sifarişi əsasında inşa edilmişdir. “Gənclər evi”nin tikintisi üçün Balakən rayon İcra Hakimiyyəti tərəfindən rayonun Heydər Əliyev prospektində 0,22 ha torpaq sahəsi ayrılmışdır. İkimərtəbəli “Gənclər evi”ndə kafe, mədəni kütləvi tədbirlər və asudə vaxtın təşkili otağı, internet klub, stolüstü oyunlar otağı, trenajor zalı, treninqlər, gənclərin vətənpərvərlik tərbiyəsi üçün nəzərdə tutulmuş otaqlar, kitabxana, 45 nəfərlik konfrans zalı və digər otaqlar mövcuddur.


XİDMƏTLƏRİMİZ






Sarxan Hacıyev – Aktiv Gənclər Klubunun sədri
Gənclər evində qızlar üçün fitnes klub, ritmik aerobika kursları, idman dərnəyi və Aktiv Gənclər Klubu fəaliyyət göstərir.




İŞ QRAFİKİ


Fitnes klub və ritmik aerobika həftənin hər günü 10:00-dan 18:00-a qədər (bazar günü xaric), karate dərnəyi həftənin 2-4-6-cı günləri saat 15:00-18:00-a qədər, Aktiv Gənclər Klubunun dərnək və treninqləri isə vaxtaşırı təşkil edilir. Aktiv Gənclər Klubu Balakən rayon Gənclər və İdman İdarəsi tərəfindən yaradılmış və artıq 4-cü ildir ki könüllülük prinsipləri əsasında gəncləri müxtəlif dərnək və kurslara cəlb edir. Klubda ilboyu xüsusilə də tələbələrin yay tətili müddətində müxtəlif Proqramlar icra olunur. Həmin proqramlarda gənclərin maraqlarına cavab verən – Kitab müzakirəsi klubu, debat təlimləri, gitara kursları, convesation klub , ingilis dili kursları və asudə vaxtın səmərəli təşkili üçün müxtəlif klublar təşkil edilir. Klubun sosial şəbəkədəki ünvanı belədir: https://www.facebook.com/AGKAktivGenclerKlubu/

Klubun 15 iyun-15 sentyabr 2016-cı il tarixlərdə icra etdiyi “IV Səmərəli Tətil Proqramı”nın Fəaliyyət Planı

























Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.